NATO aviasiyası yenidən Tripolini bombalayıb

NATO aviasiyası yenidən Tripolini bombalayıb

8 İyun 2011 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

France Presse agentliyinin verdiyi xəbərə görə, NATO aviasiyası yenidən Tripolini bombalayıb. Birləşmiş qüvvələr şəhərə 60-dan çox bomba zərbəsi endiriblər. Musa İbrahimin yaydığı xəbərdə bildirilir ki, 31 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Liviyanın dövlət televiziyası ilə yayımlanan nitqində polkovnik Müəmmar Qəddafi nəyin bahasına olursa olsun paytaxt Tripolini tərk etməyəcəyini deyib. Liviya lideri tərəfdarlarını NATO zərbələrinə boyun əyməməyə çağırıb.
Son günlər ərzində Liviya liderinə sadiq qüvvələrin kommunikasiya mərkəzlərinə NATO ölkələrinin zərbələri intensivləşib.
Şimali Alyans öz əməliyyatlarında həmçinin vertolyotların istifadəsinə başlayıb ki, hücum obyektlərini daha dəqiq hədəfləyərək mülkilər arasında təsadüfi qurbanların sayını azaltmaq mümkün olsun.

Qərb qüvvələri bütün hədəfləri məhv etməyə hazırdırlar, təkcə öz nəfslərindən başqa...

Bəhram Mustafabəyli

O.M.