
Həmsədrlərə ermənilərin daha da fəallaşması barədə məlumat verilib
Bu gün ATƏT nümayəndələri qoşunların təmas xəttində monitorinqə başlayıblar. Minsk Qrupunun həmsədrləri və ATƏT nümayəndələri əvvəlcə saat 10:00-da Ağdam rayonu İcra Hakimiyyətinin başçısı Nizami Sadıxovla görüşüblər. Sədr ATƏT nümayəndələrinə aprel ayının ortalarında aparılan monitorinqdən bu günə qədər 42 dəfə ermənilər tərəfindən atəşkəsin pozulması haqqında məlumat verib. Nəticədə iyunun 3-də bir nəfər mülki şəxs həlak olub. Nizami Sadıxov onu da bildirib ki, prezidentlərin görüşü ərəfəsində ermənilər daha da fəallaşır, tez-tez Azərbaycan mövqeləri atəşə tutulur. Hazırda həmsədrlər Ağdam-Bərdə yolunda təmas xəttinin qarşı tərəfinə keçməyi planlaşdırırlar.
Həmsədrlərin passivliyi erməniləri aktivləşdirib.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər