M.Brayza  Kazan görüşündə proqressiv irəliləyişlər olacağına ümid edir

M.Brayza Kazan görüşündə proqressiv irəliləyişlər olacağına ümid edir

7 İyun 2011 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza öz açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının vaxtı çatıb. Səfir prezidentlərin Kazan görüşündə proqressiv irəliləyişlər olacağına da ümid etdiyini vurğulayıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ səfərinə toxunan M. Brayza səfər zamanı keçirilən görüşlərdə, əsasən, qarşılıqlı münasibətlər, strateji əməkdaşlıq, Əfqanıstanda birgə fəaliyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli, demokratiyanın inkişafı və digər məsələlərin müzakirə olunduğunu qeyd edib.

Onsuz da Metyu Brayzanın əlindən ümid etməkdən başqa heç nə gəlmir.

Tofiq Əliyev

O.M.