Putin: “Ermənistanın AİB-nə qoşulmasını tezliklə təsdiqləmək vacibdir”
"Hesab edirik ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin reallaşmasından qısa müddət sonra onun tamhüquqlu iştirakçısı olacaq"
Apa-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasını tezliklə təsdiqləmək və bu barədə sənədi imzalamaq vacibdir.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan Avrasiya Ali İqtisadi Şurasının iclasında ölkəsinin iyunun 15-nə qədər bu birliyə qoşulması haqda müqavilənin imzalanmasını təklif edib.
Mediainfo.az
Digər xəbərlər