Prezident Türkiyəyə gedəcək
Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. Ölkə başçısı iyunun 4-də Türkiyənin Bodrum şəhərində həmkarı Abdulla Güllə görüşəcək.
Mediainfo.az-ın azvision.az-a istinadən məlumatına görə, görüş iyunun 4 – 5 - də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı çərçivəsində baş tutacaq. Toplantı Türkiyə prezidenti Abdulla Gülün sədrliyi ilə keçiriləcək.
Toplantıda İlham Əliyevlə yanaşı Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan prezidentləri və xarici işlər nazirləri də iştirak edəcəklər.
Qeyd edək ki, 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısı Azərbaycanın Qəbələ şəhərində keçirilmişdi.
Digər xəbərlər