Nazirlərin növbəti görüşü Aşqabadda olacaq

Nazirlərin növbəti görüşü Aşqabadda olacaq

26 May 2014 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonunadək Aşqabadda keçiriləcək.

Bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bu gün nazirlərin Bakıda keçirilmiş üçtərəfli görüşündən sonra həmkarları Əhməd Davudoglu (Türkiyə) və Rəşid Meredovla (Türkmənistan) birgə keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki bugünkü görüş çərçivəsində tərəflər üç ölkə arasında münasibətləri, həmçinin beynəlxalq arenada, o cümlədən energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, nazirlərin görüşünün sonunda Bakı Bəyannaməsi qəbul olunub. /apa/

Mediainfo.az