İlham ƏliyevTürkiyə Xİ nazirini qəbul edib

İlham ƏliyevTürkiyə Xİ nazirini qəbul edib

26 May 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı dövlət başçısı Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin yeni formatda keçiriləcək görüşünün önəmini vurğulayıb və bu görüşün nəticələrinin uğurlu olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev xarici işlər nazirləri səviyyəsində keçirilən bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün səmərəli bir format olduğunu qeyd edib.

Ə.Davudoğlu isə ölkələrimizin təşəbbüsü ilə reallaşan Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan arasında yeni əməkdaşlıq formatının əhəmiyyətini önə çəkib.

Ə.Davudoğlu həmçinin Türkiyə prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidentinə çatdırıb.
Prezident İlham Əliyev A.Gülün və R.T. Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.