Elmar Məmmədyarov AŞPA sədrini qəbul edib

Elmar Məmmədyarov AŞPA sədrini qəbul edib

23 May 2014 18:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassörün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini, habelə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycanın təşkilatın fəaliyyətinə öz töhfəsini verəcəyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunan nazir E.Məmmədyarov qeyd edib ki, problemin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

A.Brassör isə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycanın bəyan etdiyi prioritetlərin Avropa Şurasının gündəliyində aktuallıq kəsb edən məsələlər olduğunu bildirib.

Mediainfo.az