Moskvada Müdafiə nazirləri görüşüb

Moskvada Müdafiə nazirləri görüşüb

23 May 2014 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş olub.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş zamanı S. Şoyqu bildirib ki, bütün "rəngli inqilablar" bu və ya digər dərəcədə qan tökülməsinə, qeyri-sabitliyə və müsbət perspektivlərin olmamasına gətirib çıxarır: "İkitərəfli əlaqələr və ünsiyyət həm Azərbaycan və Rusiya arasında, həm də regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə təsir göstərəcək".

General-polkovnik Zakir Həsənov isə Azərbaycanın sabitlik və demokratiya yolu ilə inkişaf etdiyini söyləyib. Nazir iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib.

Daha sonra nazirlərin görüşü mətbuata qapalı şəraitdə davam etdirilib.

Mediainfo.az