Hamlet Arutyunyan: “Azərbaycan bizi Qazaxıstan vasitəsilə əngəlləyir”

Hamlet Arutyunyan: “Azərbaycan bizi Qazaxıstan vasitəsilə əngəlləyir”

22 May 2014 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə Komissiyasının üzvü, hakim Respublika Partiyasının deputatı Hamlet Arutyunyan deyib ki, Azərbaycan Ermənistanın MDB Gömrük İttifaqına daxil olmasını əngəlləyir.

"Mən əvvəldən də demişdim ki, əgər Ermənistan hansısa ittifaqın üzvü olmaq istəsə, o zaman Qarabağ məsələsi buna birbaşa əngəl olacaq" - deyə deputat bildirib.

Virtualaz.orgun xəbərinə görə, deputat deyib ki, əgər Ermənistan hansısa ittifaqın üzvü olmaq istəyirsə, istər Gömrük İttifaqı olsun, istər Avropa İttifaqı, Qarabağ buna əngəl olacaq.

"Bu gün mən məlumat almışam ki, azərbaycanlılar Qarabağ xorunun Moskvada konsertini əngəlləyiblər. Azərbaycan səfiri nota ilə Moskvaya müraciət edərək bildirib ki, əgər bu konsert baş tutsa, Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək. Bu maneçiliyin hansı səviyyədə olduğu mənə çoxdan məlumdur. Və indi Gömrük İttifaqının üzvü - Qazaxıstan bunu Azərbaycanın vasitəsilə edir" - deyə deputat bildirib.

Bəs bu maneçilik Ermənistanın Gömrük İttifaqına üzvlüyünün baş tutmaması ilə nəticələnə bilərmi?

H.Arutyunyan suala cavabında bildirib: "Tamamilə mümkündür. Ermənistan tamamilə müstəqil dövlətdir və müstəqil siyasət aparır. Əgər Ermənistan üçün belə maneə yaradılacaqsa, biz o ittifaqa üzv olmayacağıq".

Mediainfo.az