AŞPA sədri Azərbaycana gəlir

AŞPA sədri Azərbaycana gəlir

20 May 2014 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör (Anne Brasseur) mayın 22-də Azərbaycana səfər edəcək. Bu barədə Apa -nın Avropa müxbirinə AŞPA-nın mətbuat katibliyindən məlumat verilib.

Səfərin məqsədi mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir. AŞPA sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulub. O, mayın 22-də Azərbaycan prezidenti, baş naziri, xarici işlər naziri və Milli Məclisin sədrləri ilə görüşəcək.

Xanım Brassör mayın 23-də jurnalistlər üçün mətbuat konfransı da keçirəcək.