Olland prezidentlərii Parisə dəvət etdi

Olland prezidentlərii Parisə dəvət etdi

13 May 2014 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların bərpasına dəstək verməyə və etimad tədbirlərinin möhkəmləndirilməsi yollarının axtarışı üçün Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazırdır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə prezident Fransua Olland İrəvanda erməni həmkarı Serj Sarkisyanla keçirdiyi brifinqdə bildirib.

F.Olland xatırladıb ki, atəşkəs razılaşmasının əldə olunmasından artıq 20 il keçib, ancaq münaqişə hələ də həllini tapmayıb. O deyib ki, onun əvvəlcə Bakıya, daha sonra İrəvana etdiyi səfərdə də başlıca məqsəd Qarabağ münaqişəsinin həllinə dəstək verməkdir.

Fransa prezidenti bu məsələni hər iki ölkə prezidentləri ilə ətraflı müzakirə etdiyini, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın iqtisadi inkişafını necə əngəllədiyini bildiyini deyib.

"Mən erməni iqtisadiyyatının çətinliklərini bilirəm - sərhədlər bağlıdır və Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. İqtisadi problemlərin həllinə mane olan siyasi məsələləri həll etmək lazımdır" - deyə F.Olland bildirib.

Mediainfo.az