Aleksandr Jilkin: “Rusiya-Azərbaycan münasibətlərində heç bir problem görmürəm”
"Rusiyanın Azərbaycanla münasibətlərində heç bir problem görmürəm". Apa-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib.
O qeyd edib ki, xüsusilə iqtisadi əlaqələr çox yüksək səviyyədədir: "Bu gün Həştərxan olaraq bizim Azərbaycanda istehsal olan tikinti məhsullarına, tikinti daşlarına ciddi ehtiyacımız var. Güman edirəm ki, bu əlaqələrdə açılması gözlənilən Bakı-Həştərxan bərə xəttinin rolu böyük olacaq".
A.Jilkin onu da qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin xüsusilə Həştərxana diqqəti böyükdür: "Eyni zamanda Heydər Əliyev Fondunun da burada gördüyü xeyli işlər var. Bütün bunlara görə dərin minnətdarlığımızı bildiririk".
Digər xəbərlər