
Litva prezidenti mayın 25-də dəqiqləşdiriləcək
Dünən Litvada keçirilən prezident seçkisinin ilk turu indiki dövlət başçısı Dalya Qribauskaytenin aşkar üstünlüyü ilə başa çatıb. Belə ki, o, 46 faiz səslə önə çıxıb. D.Qribauskaytenin rəqibi, sosial demokrat Ziqmantas Balçitis 14 faiz səs alıb. Qalibi mayın 25-də keçiriləcək ikinci tur müəyyən edəcək. Prezident olmaq uğrunda Əmək Partiyasının nümayəndəsi Arturas Paulauskas, Litva polyaklarının lideri Valdemar Tomaşevski, Vilnüs meri Artura Zuokas, İqnalina meri, Litva Kəndlilər və Yaşıllar İttifaqının nümayəndəsi Bronis Rope və parlamentin deputatı Naqlis Puteykis də mübarizə aparırdı.
Mediainfo.az
Digər xəbərlər