
Texas ştatı Xocalı soyqırımını tanıdı
ABŞ-ın Texas ştatının nümayəndələr palatası tərəfindən qəbul edilmiş 535
nömrəli qətnamədə Azərbaycanın Xocalı şəhərinin erməni işğalından qaçaraq yaxa
qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Rusiya
ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilib.
Qətnamədə qeyd edilir ki, "Human Rights
Watch" təşkilatı bu aksiyanı hərbi əməliyyatlar zonasında dinc sakinlərə
münasibət haqqında konvensiyanın pozulmasından ibarət cinayət kimi tanıyıb.
Xatırladaq ki, 2010-cu il fevralın 25-də
Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının
tanınması haqqında qətnamə qəbul edib. Ümumiyyətlə ABŞ-ın və Kanadanın bir sıra
ştatları və şəhərləri, o cümlədən Kaliforniya ştatı Qarabağı Azərbaycanın
tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul ediblər.
Görünən kəndə bələdçi lazım deyil. Təki Qarabağın kəndlərini göstərə bilək...
Könül Aypara
O.M.