
“Donetsk Xalq Respublikası”nın müdafiə naziri saxlanılıb
Ukrayna Daxili İşlər Nazirliyi bir neçə separatçının, o cümlədən qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri İqor Kakidzyanovun saxlanılması haqda bəyanat yayıb.
Bəyanatda bildirilir ki, separatçılar Mariupoldan Berdyansk istiqamətdə hərəkət edən "Azov" xüsusi təyinatlı batalyonun avtobusunu atəşə tutublar. Nəticədə avtobusun sürücüsü yaralanıb.
Cavab atəşi ilə separatçılardan biri öldürülüb, iki nəfər yaxalanıb. Onlardan biri qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri olub.
Mediainfo.az
Digər xəbərlər