Rusiya Qarabağı Azərbaycana qaytarmaq istəyir
Rusiyalı politoloq, 2012-ci il seçkilərində Vladimir Putinin etibarlı şəxsi olmuş Sergey Markov bir qədər əvvəl Rusiya telekanallarından birinə verdiyi müsahibə Ermənistanda böyük narahatçılıq yaradıb.
Teleqraf.com-un məlumatına görə, Markov deyib: "Azərbaycan rəhbərliyi heç vaxt Dağlıq Qarabağdan imtina etməyib. Ora məhz Azərbaycanın ərazisidir və Azərbaycanın yurisdiksiyası altına verilməlidir. Aydındır ki, məhz ABŞ Qarabağın Azərbaycanın yurisdiksiyasına verilməsinin başlıca əleyhdarıdır. ABŞ güclü erməni lobbisinin təsiri altında Qarabağın üzərində Ermənistanın nəzarətini dəstəkləyir".
Erməni mətbuatı Markovun sözlərindən çox narahat olub. Erməni şərhçi Akop Badalyan Rusiya Federasiyasının İctimai Palatasının üzvü Maksim Şevçenkonun Dağlıq Qarabağ barədə dediklərini xatırladıb: "Buna qədər Qarabağı Azərbaycana məşhur Maksim Şevçenko qaytarırdı. Rusiyanın "ekspert" isteblişmenti çoxdan Qarabağı Azərbaycana qaytarmağa cəhd edir - bütövlükdə və hissə-hissə, Qarabağın müstəqilliyi üçün keçirilmiş referendumu qeyri-legitim saymaqla və minlərlə qurban verib tutduğumuz torpaqları statusa dəyişməklə".
Mediainfo.az