Slavyanskda döyüşlər səngimək bilmir

Slavyanskda döyüşlər səngimək bilmir

5 May 2014 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Slavyansk şəhərinin ətrafında döyüş davam edir. Hər iki tərəfdən yaralananlar var. Apa-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ukrayna daxili işlər naziri Arsen Avakov çıxış edib.

O qeyd edib ki, federallaşma tərəfdarları ağır silahlardan, o cümlədən minaatandlardan istifadə edirlər. Avakovun sözlərinə görə, atışma zamanı hökumət qüvvələri tərəfindən 8 nəfər yaralanıb. O, həmçinin ölənlərin olduğunu bildirib.

"RİA Novosti" isə yerli xəstəxanaya 6 nəfər yaralının gətirildiyi haqda məlumat yayıb.

Mediainfo.az