Fransa prezidenti Azərbaycana gələcək

Fransa prezidenti Azərbaycana gələcək

2 May 2014 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Fransa prezidentinin səfəri ilə bağlı iş aparırıq. Səfər regiona - Azərbaycan, Ermənistan və Gürcüstana reallaşacaq.

Bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Səfirin sözlərinə görə, səfərin əsas məqsədi ikitərəfli münasibətləri gücləndirməkdir: "Çünki biz Azərbaycanı regiondakı stabilliyin elementi kimi qiymətləndiririk".

Diplomat bildirib ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək: "Biz bilirik ki, bu məsələ həm Azərbaycan, həm də Ermənistan üçün çox vacibdir. Çünki həlli uzanan bu məsələnin çox böyük mənfi təsirləri var. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində iki ölkə arasında qarşılıqlı etimadı artırmağa çalışırıq".

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland regiona səfəri çərçivəsində mayın 11-12-də Azərbaycanda səfərdə olacaq.

Mediainfo.az