
Ukraynada jurnalistlər yoxa çıxır
Ukraynanın Donetsk vilayatində SkyNews və CBS telekanallarının çəkiliş qrupu itkin düşüb.
ANS -in məluamtına görə, bu barədə "Novosti Donbassa"nın jurnalisti xəbər yayıb.
Onun sözlərinə görə, telekanalların çəkilliş qrupları Donetsk vilayətinin Konstantinovka şəhərində olarkən onlarla əlaqə kəsilib. Hazırda jurnalistlərlə əlaqə saxlamaq mümkün deyil. Hər iki telekanaldan ümumilikdə 8 nəfər olub. CBS telekanalından Klarisa Uard, Erin Liall, Endi Srevenson, Qiof Mabberley, SkyNews telekanalından isə Stüart Ramzey, Barnabi Qrin, Oleq Malko, Aleksandr Pustovit adlı jurnalistlər itkin düşüb. Hazırda onların tapılması istiqamətində axtarışlar davam edir.
Qeyd edək ki, bu gün səhər saatlarında Donetsk vilayətində ABŞ-ın "Buzzfeed"qəzetinin əməkdaşı Mayk Ciqlio və onun tərcüməçisi Yelena Qlazunova itkin düşüb. Onlar hələ də tapılmayıb.