Ombudsman Pakistanda gedib

Ombudsman Pakistanda gedib

1 May 2014 18:08
Bəyəndim (0) Bəyənmədim (0)

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Pakistan İslam Respublikasının İslamabad şəhərində "İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Ombudsman İnstitutlarının Şəbəkələşməsi"nə dair birinci konfransda iştirak edib.

Ombudsman Aparatından apa -ya verilən məlumata görə, İƏT üzvü ölkələrinin Ombudsman İnstitutlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfrans "Bilik, təcrübə və ideya mübadiləsi ilə İƏT üzv dövlətlərində Ombudsman İnstitutlarının gücləndirilməsi" mövzusuna həsr olunub.

Müvəkkil İƏT üzvü olan dövlətlərin 57-dən 23-nün qatıldığı bu mötəbər beynəlxalq tədbirdə 49 Ombudsman və ya nümayəndəsi iştirak ediblər. Eyni zamanda Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn, ölkənin Milli Assambleyasının spikeri Sardar Ayaz Sadiq konfransın işinə qatılıb.

Konfransın açılış mərasimində çıxış edən Pakistan İslam Respublikasının prezidenti tədbir iştirakçılarını salamlayaraq, konfransın səmərəliliyini və əhəmiyyətini qeyd edib.

Beynəlxalq tədbirin "Dəyişiklikləri qəbul edək", "Müasirləşmə, əməkdaşlıq və qarşılıqlı əlaqə" adlı iki mövzuya dair plenar iclaslarında "İƏT ölkə Omudsmanlarının yüksək beynəlxalq təcrübə islahatları təşəbbüslərinin qəbul olunması", "Bilik, təcrübə və ideya mübadiləsi məqsədilə institusional çərçivənin yaranması" və başqa bu kimi mövzularda məruzələr dinlənilib.

E.Süleymanova konfransın 1-ci plenar iclasında "Bilik, təcrübə və ideya mübadiləsi vasitəsilə Ombudsman İnstitutlarının gücləndirilməsi" mövzusunda çıxış edib.

Eyni zamanda səfər zamanı Müvəkkil bir sıra mühüm görüşlər keçirib. Tədbirin sonunda Pakistanın Federal Ombudsmanı Müvəkkilə xatirə döş nişanı və təsisatın loqosunu əks etdirən xatirə medalı təqdim edib.

Mediainfo.az