İlham Əliyev Çexiya prezidenti ilə görüşüb

İlham Əliyev Çexiya prezidenti ilə görüşüb

25 Aprel 2014 08:48
Bəyəndim (0) Bəyənmədim (0)
“Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən sammitində müzakirələrin aparıldığı qeyd edilib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Praqada Çexiya prezidenti Miloş Zeman ilə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. "Şərq tərəfdaşlığı" Proqramının Praqada keçirilən sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.

Mediainfo.az