Slavyanskda atışma başlayıb

Slavyanskda atışma başlayıb

24 Aprel 2014 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın şərqində yerləşən Slavyansk şəhərində atışma başlayıb. Apa-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, şəhərdə özünümüdafiə qüvvələrinin bir neçə postu atəşə tutulub.

Hazırda şəhərin kənarında döyüşlər gedir. Ölən və yaralananların olduğu bildirilir. Şəhərdə mobil rabitə işləmədiyindən orada baş verənlər barədə ziddiyyətli məlumatlar yayılmaqdadır.