Obama Rusiya-Ukrayna məsələsinə mövqeyini açıqlayıb

Obama Rusiya-Ukrayna məsələsinə mövqeyini açıqlayıb

18 Aprel 2014 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiya Ukraynanın şərqinə göndərdiyi silahlıları zəbt olunmuş binalardan çıxmağa və tərksilah olunmağa məcbur etməlidir. Əgər bu baş verməsə, Avropa Bilriyi ilə ABŞ yaxın vaxtlarda Rusiyaya qarşı əlavə tədbirlər görəcək".

Bu barədə ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkelin telefon söhbətində bildirilib. Qeyd olunub ki, Obama ilə Merkel Ukraynanın şərqindəki vəziyyətdən ciddi narahatlıqlarını ifadə ediblər. ABŞ və Almaniya liderləri həmçinin mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinə öz dəstəyini ifadə ediblər.

Mediainfo.az