Türkiyədən ABŞ-a ciddi reaksiya

Türkiyədən ABŞ-a ciddi reaksiya

11 Aprel 2014 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ senatının xarici əlaqələr komitəsinin "erməni soyqırımı" ilə bağlı verdiyi qərara sərt münasibətini açıqlayıb.

Avropa.info xəbər verir ki, XİN-dən yazılı olaraq yayılan açıqlamada ABŞ senatının verdiyi qərar qeyri-ciddi adlandırılıb.

"ABŞ senatının xarici əlaqələr komitəsi tələm-tələsik və kobud şəkildə hazırlanmış bu qərarı səs çoxluğu ilə qəbul etməklə, məsuliyyətsiz addım atıb. Tarixi, hüquqa qarşı olan bu siyasi istismar addımlarını rədd edirik"

Açıqlamada həmçinin bu kimi qərarların ABŞ-Türkiyə əlaqələrinə zərər verdiyi də bildirilir.