“Mövcud status-kvonun saxlanılması ehtiyatları tükənir”

“Mövcud status-kvonun saxlanılması ehtiyatları tükənir”

1 İyun 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan xəbər agentliklərinin yaydığı məlumata görə, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan bildirib ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi inkişaf gözlənilir. Erməni Milli Konqresinin son mitinqində çıxış edən sabiq prezident deyib ki, mövcud status-kvonun saxlanılması ehtiyatları tükənir. Onun sözlərinə görə, prezidentlərin son Dovil bəyanatı bunu aydın şəkildə nümayiş etdirir: "Görünən odur ki, bir tərəfdən Rusiyanın səyləri ilə Qarabağ tənzimlənməsi sona yaxınlaşır, digər tərəfdən isə proses iflasa uğrasa, o halda Azərbaycanın müharibəyə başlamaq hədəsi qat-qat real olacaq".

Erməninin ağına da lənət, qarasına da.

Tofiq Əliyev

O.M.