Müsavat başqanının Krıma getmək istəyən müavinləri Rusiya ərazisində saxlanılıb

Müsavat başqanının Krıma getmək istəyən müavinləri Rusiya ərazisində saxlanılıb

10 Mart 2014 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Arif Hacılı apa-nın müxbirinə "məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin", - deyib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. Bu barədə A.Hacılı özü məlumat verib. O, "məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin", - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: "Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar". Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.