ATƏT sədri iyunda Cənubi Qafqaza səfər edəcək

ATƏT sədri iyunda Cənubi Qafqaza səfər edəcək

7 Mart 2014 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter iyun ayında Cənubi Qafqaza səfər etməyi planlaşdırır. Apa-nın diplomatik mənbələrə istinadən xəbərinə görə, D.Burkhalter regionun hər üç ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Səfər çərçivəsində bu ölkələrin ATƏT-lə əməkdaşlıq imkanları, regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ konfliktinin nizamlanması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, İsveçrə Cənubi Qafqazı 2014-cü ildə ATƏT-ə sədrliyinin əsas coğrafi prioritetlərindən biri elan edib.