Prezidenti İnterpol axtarır

Prezidenti İnterpol axtarır

7 Mart 2014 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hakimiyyəti Viktor Yanukoviçin həbs olunması üçün "qırmızı bildiriş" adlanan orderin verilməsinə dair Beynəlxalq Cinayət Polisi Təşkilatı – İnterpola müraciət edib.

Apanın verdiyi xəbərə görə, bu barədə "Röyters"ə İnterpolun nümayəndələri bildiriblər. "Hakimiyyətdən kənarlaşdırılmış Viktor Yanukoviçin hakimiyyətdən sui-istifadə və qətl ittihamları üzrə beynəlxalq axtarışa elan olunması ilə bağlı sorğu daxil olub", deyə təşkilatın nümayəndələri bildiriblər. Bundan əvvəl Viktor Yanukoviçin Ukrayna DİN axtarış bazasında daxil edildiyi bildirilib.