Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb

5 Mart 2014 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan – Azərbaycan sərhədində ATƏT-in monitorinqi keçirilib. Məlumata görə, monitorinq Ermənistanın Tavuş rayonunun Dovex kəndi istiqamətində baş tutub.

Saat 12:59-da başlanan müşahidələr 13 dəqiqə sürüb. Ermənistan və Azərbaycan tərəfindəki qruplar arasında 900 metrədək məsafədə vizual kontakt qurulub. Monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, qarşı tərəfdən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və şəxsi köməkçisi Uilyam Prayor keçiriblər.