Səfir Cavanşir Axundov İran xarici işlər nazirinin müavini ilə görüşüb
Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpurla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, martın 3-də baş tutmuş görüşdə siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.
Söhbət zamanı ikitərəfli səfərlərin intensivləşdirilməsinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi xüsusi vurğulanıb.
Digər xəbərlər