Bakıda AŞPA Bürosu və Daimi Komitəsinin iclasları keçiriləcək

Bakıda AŞPA Bürosu və Daimi Komitəsinin iclasları keçiriləcək

4 Mart 2014 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 22-23-də Bakıda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. AŞPA mətbuat xidmətinin verdiyi məlumata görə, Büronun iclası mayın 22-nə, Daimi Komitənin iclası isə 23-nə planlaşdırılıb.

Qeyd edək ki, bu həftə - martın 6-7-də Parisdə hər iki qurumun toplantıları olacaq. Büroda AŞPA-nın 7-11 apreldə keçiriləcək yaz sessiyasının gündəliyinin layihəsi və baş katib seçkisi proseduru ilə bağlı məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, Azərbaycan mayın 14-dən noyabra qədər AŞ Nazirlər Komitəsinə sədrlik edəcək.