Yanukoviç Rusiyadan kömək istəyib

Yanukoviç Rusiyadan kömək istəyib

27 Fevral 2014 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Viktor Yanukoviç hələ də özünü Ukraynanın prezidenti sayır. Apa-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə o bu gün yaydığı bəyanatında bildirib.

V. Yanukoviç onun ölkədə hakimiyyəti ələ keçirmiş "ekstremistlər"in əməllərindən qorumaq üçün Rusiyadan yardım da istəyib. Eks-prezident Ali Radanın qəbul etdiyi qərarların qeyri-legitim olduğunu vurğulayıb.

V. Yanukoviç bildirib ki, onu və tərəfdarlarını qisas almaqla hədələyirlər. O, Ukraynada vəziyyəti hüququ müstəviyə qaytarmağa çağırıb və özünü ölkənin qanuni rəhbəri hesab etdiyini deyib.

"Əminəm ki, bu şərtlərlə qəbul olunan bütün qərarların qeyri-effektiv olduğu ən qısa zamanda məlum olacaq, həmin qərarlar icra olunmayacaq", - deyə V. Yanukoviç vuröulayılb.