Krım tatarlarının lideri: “Krım tatarları Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”

Krım tatarlarının lideri: “Krım tatarları Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”

27 Fevral 2014 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Krımda baş verənlər həm krımlılara, həm də Ukrayna dövlətinə qarşı təxribatdır. Krım tatarları Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiyanın Krımla bağlı mövqeyi hələ aydın deyil. Amma təxribatlar var. Burada həyəcanlı vəziyyət yaranıb".

Bunu Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü, Azərbaycan və Türkiyə ilə sıx əlaqələri olan Mustafa Cəmiloğlu Krımda baş verənlərə münasibət bildirərkən qeyd edib. M.Cəmiloğlu əlavə edib ki, Ukraynanın ərazi bütövlüyünə qarşı zorakılıq qəbuledilməzdir: "Biz Ukraynaya qarşı hər cür xarici müdaxiləni pisləyirik. Hazırda Krım vilayətinin rəhbərliyilə danışıqlar, müzakirələr aparırıq. Böhranlı vəziyyətdən çıxış yollarını arayırıq".

Qeyd edək ki, Krımın Ukraynadan alınaraq Rusiyaya birləşdirilməsinə dair təkliflər var. Rusiya hərbi qüvvələrinin Krımda bir neçə dövlət əhəmiyyətli binaları zəbt etməsinə dair məlumatlar yayılıb.