
Con Kerri: “Rusiyanın Ukraynaya hərbi müdaxiləsi “nəhəng dağıdıcı” səhv olardı“
Belə bir bəyanatla ABŞ Dövlət katibi John Kerry Vaşinqtonda bir qrup jurnalistlərlə görüşü zamanı çıxış edib.
MSNBC telekanalına müsahibəsində John Kerry bəyan edib ki, ABŞ Ukrayna ilə bağlı hər hansı qarşıdurma axtarmır, amma aydın şəkildə bəyan edir ki, bütün ölkələr Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalıdır.
"Rusiya yalnız bunu vəd edib və çox vacibdir ki, o verdiyi sözün üstündə dursun" deyə ABŞ dövlət katibi bildirib.
Kerri ABŞ-ın Ukraynaya milyard dollar həcmində maliyyə yardım etmək imkanlarına baxdığını qeyd edib.(azadliqradiosu.az)
Digər xəbərlər