Yanukoviç oğlanlarıyla Rusiyaya qaçdı

Yanukoviç oğlanlarıyla Rusiyaya qaçdı

26 Fevral 2014 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın eks-prezidenti Viktor Yanukoviç oğlanları Aleksandr və Viktorla birgə Rusiyadadır. Ukrayna KİV-ri xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından olan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Krım yolunda oğul Yanukoviç Donetskdə oliqarx Rinat Axmetovun evində gecələyib. Mənbə bildirib ki, eks-prezidentin kiçik oğlu dəniz yolu vasitəsilə, böyük oğlu isə avtomobillə Rusiya sərhədinə gəlib.

Bundan başqa, Ukrayna iqtisadiyyatının stabilləşməsi üçün ilk addım olaraq Yanukoviç ailəsinə və onun yaxınlarına məxsus aktivlərin müsadirəsi nəzərdə tutulub. Belə bir təkliflə tanınmış iqtisadiyyatçı və Ukrayna hökumətinin keçmiş məsləhətçisi Anders Aslund çıxış edib. Onun əldə etdiyi faktlara görə Yanukoviç ailəsinin sərvəti 12 milyard dollardır.