İrakli Qaribaşvili: “Gürcü xalqı Saakaşvili üçün daxırır”

İrakli Qaribaşvili: “Gürcü xalqı Saakaşvili üçün daxırır”

26 Fevral 2014 15:06
Bəyəndim (0) Bəyənmədim (0)
Mixail Saakaşvili Gürcüstan vətəndaşıdır və o, vətəninə qayıda bilər

Məlumata görə, bunu Vaşinqtonda Atlantika Şurasında çıxışı zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib. Jurnalistlərin suallarını cavablandıran İ.Qaribaşvili sabiq prezidentin Gürcüstana qayıtmasını əngəlləyə biləcək maneələrin olmadığını bildirib.

"Saakaşvili Gürcüstan vətəndaşıdır, ölkəsinə niyə də qayıtmasın? O, prezident seçkilərindən sonra ölkəni tərk edib. Mən sizə deyə bilmərəm ki, gürcü xalqı Saakaşvili üçün daxırır. Lakin onun vətənə dönüşünü əngəlləyən amillər də yoxdur", - deyə o vurğulayıb.