ABŞ-ın Azərbaycandakı səfiri Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

ABŞ-ın Azərbaycandakı səfiri Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

26 Fevral 2014 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar 26 fevral – Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyin "Facebook" sosial şəbəkədəki rəsmi səhifəsində yayılan bəyanatda deyilir ki, ABŞ Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayır.

"İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiqdir", - deyə diplomat bildirib.