Çarəsiz qalıb düşmənə ağız açdı

Çarəsiz qalıb düşmənə ağız açdı

6 Aprel 2011 12:47
Bəyəndim (0) Bəyənmədim (0)
Yaponiya Rusiyadan kömək diləndi

Xarabaya dönən və 25 gündür havaya, quruya, okean suyuna yüksək dozada radiasiya yaymağa davam edən Fukuşima ilə əlaqədar çarəsiz qalan Yaponiya sonunda qürurundan əl çəkdi. Gündoğan ölkə baş düşməni Rusiyadan kömək istədi.

Normaldan 1 milyon artıq radiasiya ehtiva edən okean suları Rusiyadan gətiriləcək "Landaş" adlı mobil bir təmizləmə təsisində işləyəcək.

Qeyd edək ki, orta böyüklükdə bir quru yük gəmisini xatırladan "Landaş" 1993-ci ildə - üstəlik Yaponiyanın da maddi dəstəyi ilə Sovet dövründən qalma hərbi nüvə dəniz vasitələrinin ətraf mühitə zərər vermədən təmizlənməsi üçün hazırlanmışdı.

Mobil təsis gündə 35 ilə 70 ton arasında radiasiyalı suyu təmizləmə gücünə sahibdir.

O.M.