Vitali Kliçko prezident seçkilərində iştirak edəcək

Vitali Kliçko prezident seçkilərində iştirak edəcək

25 Fevral 2014 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko prezident seçkilərində iştirak etmək niyyətindədir. "İnterfaks"ın verdiyi məlumata görə, bunu V.Kliçko jurnalistlərə açıqlamasında deyib.

"Mən prezident seçkilərində iştirak edəcəm. Çünki əminəm ki, Ukraynada oyun qaydalarını tamamilə dəyişmək lazımdır. Ədalət olmalıdır. Mən əminəm ki, bunu etmək mümkündür", - deyə o vurğulayıb.

Qeyd edək ki, Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.