Sergey Lavrov: "Rusiya Ukraynanın daxili işlərinə qarışmır"

Sergey Lavrov: "Rusiya Ukraynanın daxili işlərinə qarışmır"

25 Fevral 2014 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Moskva Ukraynadakı vəziyyətə müdaxilə etmir və ümid edir ki, beynəlxalq tərəfdaşlar da bu məntiqlə hərəkət edəcək"

Apa-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
S.Lavrov bildirib ki, Moskvanın Ukraynanın daxili işlərinə müdaxilə etməmək qərarı qətidir: "Ümid edirik ki, hər kəs bu məntiqlə hərəkət edəcək. Ukraynadakı durumun sabitləşməsi üçün milli dialoqun tələb olunduğu mərhələdə birtərəfli həll yoluna cəhd olunmayacağına və durumun hüquqi müstəviyə qayıdacağına ümid edirik".
S. Lavrov bildirib ki, Moskva Ukraynaya kömək etməzdən əvvəl ölkənin gələcək hökumətinin tərkibini və proqramını bilməlidir: "Biz bilmək istəyirik ki, Ukraynanın bu günlərdə formalaşan yeni hökumətində kimlər yer alacaq, yeni hökumətin proqramı necə olacaq".
Onun sözlərinə görə, hazırda Ukraynada iqtisadiyyatının bərpası və inkişafı üçün normal şərait yaratmaq lazımdır: "Bu isə asayişin və milli barışığın bərpa olunmasını tələb edir".