Ərdoğan: “Xocalıda həlak olanlar Azərbaycanın övladları olduğu qədər, bizim də övladlarımızdır”

Ərdoğan: “Xocalıda həlak olanlar Azərbaycanın övladları olduğu qədər, bizim də övladlarımızdır”

25 Fevral 2014 14:46
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyənin baş naziri Xocalı faciəsinin ildönümü ilə bağlı rəsmi mövqe bildirib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının bu gün keçirilən toplantısında Xocalı faciəsinin ildönümünə toxunub. Apa-nın xəbərinə görə, R.T.Ərdoğan hadisə zamanı ölən, yaralanan və itkin düşənlərlə bağlı rəsmi rəqəmləri millət vəkillərinin diqqətinə çatdırıb: "Xocalıda həlak olanlar Azərbaycanın övladları olduğu qədər, bizim də övladlarımızdır. Azərbaycanlı qardaşlarımızın bu acısını bölüşür və ölənləri bir daha rəhmətlə anırıq".

Baş nazir Xocalı faciəsinin ildönümü ilə bağlı İstanbulda keçirilən yürüş zamanı bəzi irqçi şüarların səsləndiyini də söyləyərək buna ehtiyac olmadığını vurğulayıb: "İrqçiliyə qarşı irqçiliklə mübarizə aparmaq olmaz. Belə şeylər Qarabağ uğrunda haqlı mübarizəyə zərər verir. Hər kəs bundan çəkinməlidir".