Prezident yoxa çıxıb

Prezident yoxa çıxıb

24 Fevral 2014 13:20
Bəyəndim (0) Bəyənmədim (0)
V.Yanukoviç dövlət mühafizəsindən imtina edib

Ukrayna Daxili İşlər Nazirliyi prezident vəzifələrinin icrasından kənarlaşdırlan Viktor Yanukoviçi axtarışa verib. Bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin vəzifələrini müvəqqəti icra edən Arsen Avakov verib. Yanukoviç mülki şəxslərin kütləvi qətli ittihamı ilə bağlı olaraq axtarışa verilib.
Hazırda Yanukoviçin olduğu yer dəqiqi bəlli deyil. O, fevralın 21-də Kiyevdən Xarkova gedib. Avakovun sözlərinə görə, o həmin gün Xarkovdakı dövlət iqamətgahında gecələyib, 22-də isə Donetskə gedib.
Onun sözlərinə görə, fevralın 23-də Yanukoviç Krıma gəlib və "Belbek" hava limanına yollanıb. Lakin ora çatmamış naməlum istiqamətdə gedib və bütün əlaqə vasitələrini kəsib.
V.Yanukoviç dövlət mühafizəsindən imtina edib.