Yanukoviçin prezidentlik səlahiyyətinə xitam verilə bilər

Yanukoviçin prezidentlik səlahiyyətinə xitam verilə bilər

22 Fevral 2014 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada Ali Radaya prezident Viktor Yanukoviçin impiçmenti haqqında qanun layihəsi təqdim edilib.

Qanun layihəsinin mətni parlamentin saytında yer alıb. Layihə hakim Regionlar Partiyasının fraksiya üzvü, Ukrayna Sosialist partiyasının sədri Nikolay Rudkovski tərəfindən hazırlanıb.

Qeyd edək ki, bu ilin yanvar ayının sonunda N.Rudkovski vaxtından əvvəl parlament seçkiləri və yerli hakimiyyət orqanları haqqında qanun layihələrinin müəllifi olub. O, həmçinin, "Berkut" xüsusi təyinatlı dəstəsinin ləğvi, hakimiyyəti İnternetdə təhdid edənlərə qarşı cinayət məsuliyyətinin tətbiq edilməsi və mitinqlərin keçirilmə qaydalarının sərtləşdirilməsinin ləğvini nəzərdə tutan qanun layihələrinin müəllifi olub.