Rusiyadan bəyanat: "Ukraynada baş verənlər dövlət çevrilişi və ya hökumətin güclə ələ keçirilməsi cəhdindən xəbər verir"

Rusiyadan bəyanat: "Ukraynada baş verənlər dövlət çevrilişi və ya hökumətin güclə ələ keçirilməsi cəhdindən xəbər verir"

20 Fevral 2014 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu barədə Rusiya XİN rəsmisi Aleksandr Lukaşeviç bəyanat verib: "Şübhə yoxdur və bu bir daha göstərir ki, bugünkü hadisələr, xüsusən döyüşçülərin daha geniş şəkildə odlu silahdan istifadəsi açıq şəkildə dövlət çevrilişinə cəhd, yaxud hakimiyyətin güc yolu ilə ələ keçirilməsindən xəbər verir".

Bu arada, ABŞ-ın Ukraynada terrorizmi maliyyələşdirməsinə dair atılan replikalara ABŞ-ın Rusiyadakı səfiri reaksiya verib. Səfir tvitterdə bu fikri səsləndirən izləyicilərindən birinə "yalandır" cavabını yazıb.