
Krım Ukraynadan ayrıla bilər
Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bəyan edib ki, vəziyyət gərginləşsə, Krımın Ukraynadan ayrılacağını istisna etmir. Məlumatı "İnterfaks"yayıb. "Mümkündür. Əgər ölkə parçalanacaqsa. Hər şey ona doğru gedir", - Konstantinov bildirib
Krım parlamentinin sədrinin fikrincə, Ukraynanı xilas etmək şansı var.
Qeyd edək ki, Vladimir Konstantinov Moskvadadır. O, Rusiya Dövlət Dumasında danışıqlar aparır.
Digər xəbərlər