Kiyevdə toqquşmalar davam edir

Kiyevdə toqquşmalar davam edir

20 Fevral 2014 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 29-da Kiyevin xəstəxanalarına 29 nəfər yaralı polis əməkdaşı gətirilib. Ukrayna Daxili İşlər Nazirliyi rəsmi saytının verdiyi məlumata görə, onların hamısı güllə yarası alıb. Polis əməkdaşlarından bir nəfər ölüb.

Müxalifət nümayəndələri isə Maydanda 11 meyitin olduğunu bildiriblər. Ölən insanların sinə və boyundan güllə yarası aldıqları deyilir.

Həmçinin etirazçıların "Ukrayna" otelinin birinci mərtəbəsini ələ keçirdiyi haqda məlumat yayılıb. Qeyd edək ki, həmin otelin yuxarı mərtəbəsindən snayper Maydana yığışan insanlara atəş açır.