Gəncədə Gürcüstanın baş konsulluğu açılıb

Gəncədə Gürcüstanın baş konsulluğu açılıb

19 Fevral 2014 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə Gürcüstanın baş konsulluğu fəaliyyətə başlayıb. Apa-nın qərb bürosunun verdiyi məlumata görə, açılış mərasimində Gəncədə üçtərəfli görüş keçirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov da iştirak edib.

Tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildiriblər ki, baş konsulluğun açılması iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına və xalqların dostluq əlaqələrinin inkişafına səbəb olacaq.

Rəsmi açılışdan sonra qonaqlar baş konsulluğun binasına baxış keçiriblər. Üç ölkənin xarici işlər nazirləri Türkiyənin Gəncədəki konsulluğunu da ziyarət ediblər.