Türkiyənin xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, sərhədləri açmayacağıq”

Türkiyənin xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, sərhədləri açmayacağıq”

19 Fevral 2014 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması, sərhədləri aşmağa hazırlaşması barədə yayılan məlumatlara münasibət bildirib.

Apa-nın məlumatına görə, Əhməd Davudoğlu bu gün Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşündən sonda keçirilən mətbuat konfransında bu xəbərlərin doğru olmadığını deyib.

"Türkiyənin mövqeyi bəllidir və bu mövqedə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq", - deyə nazir qeyd edib.