Nyu-Yorkda Xocalı soyqırımını tanıtım aksiyası davam edir

Nyu-Yorkda Xocalı soyqırımını tanıtım aksiyası davam edir

19 Fevral 2014 14:20
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 108 000 insan Xocalı həqiqətləri ilə tanış olur

Azərbaycan Amerika Alyansının (AAA) təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası davam edir.

AAA-dan apa -ya verilən xəbərə görə, artıq bir neçə gündür ki, Nyu-Yorkun məşhur Tayms Meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunur.

Tayms Meydanı Nyu-Yorkun Manhetten şəhərində yerləşən, "dünyanın yolayrıcı" adlandırılan və gün ərzində təxminən 108 000 insanın axışdığı bir məkandır. Ötən ildən fərqli olaraq, bu il Tayms Meydanında bir deyil, iki böyük monitor hər iki 2 dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgiləyir. Ümumilikdə 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş verən dəhşətlərdən xəbərdar edir.

Alyansının keçirdiyi kampaniya Nyu-York metro stansiyalarında posterlərin quraşdırılması və mobil proyeksiya üsulu ilə binalar üzərində görüntülərin işıqlandırılması ilə davam edəcək.